Yada uyma

 

Qardaşım boşla bu boş sözlərivi,

Mənə Təbrizli deyirlər əlbət!

Ərdəbil şəhri də irfan yurdum,

Mə´bədim, qibləgahım, canımdır,

Nə təfavot edəcəkdir mən üçün?

Vətənim, Azərbaycanımdır!

 

Yada uyma sənə yanmaz ürəyi,

Səni təhqir eləyib alçaldar.

Təbrizin tarixinə xor baxmış,

Qayıdıb başıva çırpar qapazı.

Onun öz xasiyətin mən bilirəm,

Üstüvə döndərəcəkdir Arazı.

 

Yolunu əymə gözəl Təbrizdən,

Gün  bə gün parlagilən göylərdə.

Qəlbimin mədfənisən, bidar ol!

Səndə Təbrizdi dəmadəm döyünür.

Yad sənə, Ərdəbilə fəxr etməz,

Sənilə Azərbaycan öyünür.

 

Hay

 

İnsan deməm sənə,

Heyvan da çox şərəflidi səndən hamı deyir,

Məndə inanmışam.

Tarix boyu səni tanıya bilməyib, azıb,

Qəflətdə yanmışam.

 

Dinin ki yox,

Şərəfin, namusun da yox.

Cəngəldə olsa da,

Heyvanlığın meşənin qanunu, aman,

O da heç yoxdu səndə, vay!

İnsan demək çətin,

Sənə,

Heyvan demək çətin!

Özünə ad nə qoymusan,

Hay Erməni?

A, hay!

 

 

Yada sal!

 

Sən ey dağ!

Səhənd, ey yüz min illər qibləgahı, ey ulu mə´bəd!

Sinəndə lalələr bitmiş,

Sular axmış, sel atlanmış,

Buruqlarında ahular cilovlanmış,

Bir çoxu itmiş.

Analar yasa batmış, dərdə qatlanmış,

Çadırlar, evlər odlanmış.

Yada sal gəl!

 

Səhəndim,

Ey ulu mə´bəd!

Füzulini görübsən sən,

Dədəm Qorqud ötüb səndən,

Və həm Zərdüşt peyqəmbər,

Nəbatini yada sal gəl!

 

Səhəndim!

Ey ulu mə´bəd,

Qaranlıqlarda atlanmağı görmüşsən,

Analar qəlbi içrə dağı görmüşsən.

Şəhidlər qanı axmış damənindən hər gecə gündüz,

Nələr sən görmüsən dağım,

Nələr,

Bir yada sal,

Gəl bax!

Sinən hekmət bulağı,

Təcrübə qaynağı,

Tarixin diyarı,

Yurdumun dəftər-kitabı!

Yada sal, gəl!

 

Səhəndim,

Ey ulu mə´bəd!

Elin tarixini danmaq,

Nə pis işdir!

Kişidirmi elin çakər edən hər naxələf?

Nə dövrandır ki yaltaqlar sənin sinəndə at çapsın?

Səhənd, ey yüz min illər qibləgahı!

Söylə tarixə,

Şəhadət vər ki: «pis işdir,

Elin hər nakəsə çakər nökər sanmaq.»

Yada sal gəl, xələf övladı,

Həm də naxələf qarnın qadasın,

Yada sal gəl!

Başıvın yüzlər bəlasın.

 

Bugün sinəndə otlaqlar,

Sürü seyrangahı olmuş.

Çobanlar ney çalır burda.

Sərin yaylaqlarıva el oba dolmuş,

Cavanın yurd salır burda,

Qocan da zövq alır hər dəm.

Nədir qüssə, nədir qəm, heçdə mən bilməm,

Elin qurbanlığı saysız hesabsız dır sənə.

Qəbul eylə bu şən gündə,

Keçən günlərini,

Bir-bir,

Yada sal, gəl!

 

Səhəndim,

Ey ulu mə´bəd!

Uzaqdan bir çoban səslir məni də,

Deyir:

Şair!

Bu yurdun qəhrəmanı, söz bilən insanı vardir, bil!

Vətən xali deyil asla,

Xələf övladı Düzgündən.

 

 

Məəllimlərim

 

Təbriz sözü qulağıma dəyəndə,

Canlanır gözümdə məəllimlərim.

«Hekmət mədrəsəsi», «Loqman», «Füyuzat»,

«Danişsəra» gəlir xəyal evinə,

Mənə qurur verir bu ad bu həyat,

Özümü Təbrizli kimi görəndə.

Kitabxanasında «Tərbiyət»in mən,

Görürəm oturub «Əmir Şəqaqi».

Onla oxuyarkən «Gülşən-i raz»i,

Ötürəm keçirəm bütün afaqı.

Mənə oxutduran «İqd-ülfərid»i

Burada öyrədən «Burhani» hanı?

Mə´nası Təbrizin «Meşkat»dir mənə,

Oxuyub sevdiyim «Me´racnamə»dir.

Gözlərim önündə o mərd kamil,

«Ağa Mirza Ümran», «Şərh-i Lüm´ə»si,

«Məntiq-i Kubra»sı, birdə «Əvamil».

 

Birdə üzdən iraq, elini danan,

Çörək-çıraq üçün bəzi aldadan,

Alim nümalara necə deyim mən:

Məəllim!

 

Bilirəm,

İzin verməzsən,

Sən, ana Təbriz!

Təbriz danişgahı hələdə sənin,

Xor baxır dilinə, olmaz ana can!

«Füzuli»siz, «Nasimi»siz yaşamaz,

«Möcüz»süz olanmaz ki Azərbaycan.

Hanı «Nəbati»nin «Raci»nin adı,

«Yusuf xas hacib»in ulu fəryadı?

Başım qala düşdü danişgahında,

Kaşkı getməz idim heçdə ora mən,

Tevrizə etdi elmin adiylə,

Bir sıra yalanı, fırıldaqları.

Dərdimi aparım burdan hara mən?

 

Sənlə danışmaq çin sözüm çoxdur çox,

Şikayətim var bə´zi məəllimlərdən,

Taleimdən əsla küskün deyiləm,

Sənə dönəcəyəm bilirəm vətən!

Özümü Təbrizli hiss eyləyəndə,

Mənə qurur verir bu ad, bu həyat...

 

 

Sən Zəngansan

 

Elimin başın uca tutan,

Qərinələr qəmin ürəyinə salıb utan,

Cəbhə yaran şəhidlərin şəhərisən,

Ön xət qıran şəhidlərin şəhərisən.

Sən Zəngansan qəlbimə can,

Başı uca Azərbaycan diyarısan.

Şəhidərinin qarşısında,

Utanıram mən.

Utanacaq övladım da,

Nəvələrim də.

Gələcək nəsillər də,

Aylar da,

İllər də...

 

 

Qəlb Yarası

 

Təbrizin Ərkinin ayağı altında,

Ərdəbildən gələn gözəl bir cavan,

sərildi yerə.

iki ağ göyərçin,

Başı üstündə,

Qopdu Ərkin sökük-tökük böyrünə.

 

Biri dedi:

- Bacı!

Başqası söylədi:

- Bacı! can bacı!

Söylə sözün bacı, başımın tacı!

- Bilirsən Ərkimin, qoca Ərkimin,

Ayağı altında yıxılan kimdir?

Topraqlar üzərə sərilən cavan,

Bu iyid oğlan?

 

- Yox bunu bilmirəm!

Kimdir, sən söylə!

 

Ərdəbildən gəlmiş aşiq iyiddir.

Yaralanmış qəlbi, məcruh sinəsi,

Kəsilmiş nəfəsi, batmışdır səsi!

Dərmanı tapılmır, dərmansız qalmış!

 

- Qanadımdan indi bir pər salaram,

Kaşkı oğlan onu götürə bilsin,

İşıqlı dünyaya üzünü tutsun,

Nəfəsin günəşə yetirə blsin,

Sinəsinin qanın pərimlə silsin...

 

Gözü Yaşlı Lövhə

 

Ana!

Geydin kəfən oğlunla birlikdə,

Gedib səngərdə yatdın qış günündə şanlı Təbrizdə.

Dedin:

«– Getsin bütün şahlar,

Ədalət bayrağı göylərdə yüksəlsin.

İmam gəlsin!

İmam gəlsin!»

Düşəndə yerlərə şimşad qəddi oğluvun, birdən

Dedin:

«- Cəllad vur mən də ölüm görsün vətən!»

Vurdu, səni cəllad qarşından.

Yıxıldın oğluvun yanında can verdin.

 

O dəmdə Ərdəbildə

Adaş oğlunla bir əsgər

Vurub saldı yerə fərmandehi,

Cəlladı bir anda

Özün də sonra öldürdü.

Səni öydü

Sənə fəxr eylədi

«Şəhr-i müqəddəs»də yatan əsgər.

 

Mənim göz yaşlarım durmur

Ana!

Ey «Burla Xatun» yadigarı!

Ey «Həcər» nəsli!

Yenə qarşında

Bir oğlun

Durub, amma utanır çox

Hanı şair

Hanı rəssam

Hanı xanəndələr gəlsin

Sənin şə´nində qalxıb göz yaşıyla lövhələr versin?