Şe´irin Qartalı
Zərrə tək Allaha çatmaq arzusuyla
Şö′lə çəkdin,
«Zat-i Heydər» dən söz etdin,
Gördün ənvarın haqqın.
Sən ?ələstə? bağlanıb,
Qalu-bəla dən dəm vurub,
Aldın iqrarın haqqın.
Arif-i ayati həqqsən,
Aşiq-i didar-i həqq,
Himməti! ey məhrəm-i əsrar-i həqq!
Kayinatə eylədin izhar sirri ləm yəzəl,
Mustafa və Murtəza övladına
Hər iki aləmdə, Allah
Yar etsin zatını.
«Arizin firdovs billəm
Gözlərin kövsər onun.»
Söyləyib, ol şah-i mərdan, Əli-yyi Murtəza,
Mustafa dürdanəsi
Heydər-i kərrar, imam həl əta
Vəsfi ilə başladın divanının başlanğıcın.
Eşq olsun, Himməti! Övladına,
Zikr-i xeyrin eyləyib,
Toplantı qurmuşlar sənə.
Sən şəhidlər mülkünün təqva yayan məddahısan,
Hidəcilər, Söhrəvərdilər diyarından gələn fəryadsan.
Baş əyir dünya sənin qarşında minlər dəf´ə,
Bax!
Tapmadı qəbrin əgər müstəşrəq-i yengi cahan,
Anmadı, zikr etmədi Edvard,
Ripka, səndən heç,
Gəl gör övladın bu gün,
Qur´anın bayrağı yüksəlmiş diyarda,
Yad edir hörmətlə səndən
Baş əyirlər
Dünyalar təqva-fəzilətlə dolu,
İncilər ilə coşan
Dərya kimi divanına.
Mən də bir şair kimi
İftixar ilə adın çəkdim bu gün
Ey dərin məzmunlu şe′rin qartalı
Himməti!
Bu gün sahib çıxan varmış sənə.
Qeyrət eylə, eşq ilə
Yad edir övlad səni.
Himməti!
Sən də əhsən söylə,
Övladın əcəb himmət edir...
Batı İti
Sən deyirsən qərbdə
-Avrupada, yengi dünyada-
Kimsə öldürmür
-Əqidə üstündə-
Kimsəni.
Bəs, bu fırtına nədir:
Bonada
Herskdə
Filistində
Şuşada
Kişmirdə
Yox qardaşım!
Yalandır.
Batı, yırtıcıdır
Qanlı şəfəqlər düşərgəsidir...
İnan buna.
Amma biz,
Tarix boyunca,
Hekmət dənizinə çevrildik.
Həkim Xuncilər,
Şəhabəddin Söhrəvərdilər
Hidəcilər yaratdıq.
«Cahan çün xal o xət o çəşm o əbrust.»
Dedik.
«Ki hər çizi be cayi xiş nikust.»
Söylədik.
Bir az dərin düşün
Atila, Teymur,
Mədəniyyət asarı miras qoyan sərdarlar
Dünyanın dörd bucağına hekmət yayan sərdarlar iydilər.
Amma sən gəl seyr et
Hitleri
Netanyahunu
Vasiluiçi
Quçaryani
Daha hər hansı bir batı itini.
Və
O itlər babaları dalınca sümsünən köpəklər başçısı
Quldur
Rza xanı...
«Məmməd Nəfti»ni...
Oqul
Anam məni əllərilə
«Qızıl suya» velləyibdir,
«-Bura olsun vətən.»
Deyib.
Öz gümüşü tellərilə
Yay vaxtında yelləyibdir,
Ürəyimi sakit edib.
Qızmar odlu beşiyimdə layla deyib nəğmə qoşub,
Alıb məni qucağına dəniz kimi daşıb coşub.
Mən anamın ağır ağır
Günlərini qaraltmışam,
Gözlədiyi qoç olmuşam.
Ağ baş ana! olma fağır,
Yurdum üçün can atmışam,
Sanma hələ yorulmuşam.
Mən yenidən qaytararam sənin bahar başlarını,
Qoymaram ki düyün vursun birdə çatma qaşlarını.
Qırmız rənglə əzəl gündən
Qırılmayan ülfətim var.
Odur indi odlu günəm.
Danışmayın məhəbbətdən,
Namərd yada nifrətim var.
Haqlıyam ki mən öyünəm!
Əllərimdə göyə qalxan xırda-xırda bu məş′əllər
İmperyalizmin bağrına sökə-sökə edər səfər.
Denə yada agah olsun,
Ürəyimdən qalxan atəş
Ağca kölə dönməyəcək.
Qulağına denə alsın,
Burda olan parlaq günəş,
Sönməyəcək, sönməyəcək.
Donun yığıb gedəcəkdir od yurdundan çirkin zülmət,
Ellər ona bəsləyəcək həmişəlik dərin nifrət.
Aman Ərkim Sökülür
Ay ellər, ay obalar!
Deyim olun siz xəbərdar,
Ana Təbrizimdəki
Ucalan Ərkim
Ağlayır, yaş tökür,
Havar, havar,
Yoxdur qərar!
Ləhzə-ləhzə başından
Yeni-yeni daş kərpiçlər
Xarha xar tökülür
Aman! Ərkim sökülür!
Zamanlar olurdursa
Görmüş idi bu qoca dünya
Həm də səmada çıxan,
Qit´ələrdən qit´ələrə,
Aşıb varan
Ay ulduz,
Odlar ölkəsindən çaxan
Şüali sönməz günəş...
Həm qalxırdı göyə atəş!
Şanlı varlı cəlallı
Şənlik içrə qərq olmuş
Ərkimin dörd dovrəsindən,
İndi şahiddirlər həmən
Nurlu zirvə sahibi-
Olan Ərkin zavalına.
Yığmayırlar day yığva
İndi aşıqlar burada
Axmayırlar gözəllər
Onun şüayə qərq olmuş
Əfsanəvi unudulmaz
gözəl qəsirlərində.
Çalmayırlar aşıqlar saz,
Qopmayır day bülbülün
Boğazından əsla avaz.
Aman! aman! qurdu dut,
Ağır zülmət ağır sükut,
Bürüyübdür Ərk yurdun
Baxma belə məbhut-məbhut
Dayanma, qalx! axır xun!
Ölmiyəcəksən
Dinləyin:
Dinləyin çöllərdə qalan ağaclar.
Dinləyin siyrilmiş solmuş yamaclar.
Dinləyin uğurlu yalçın qayalar.
Dinləyin bir məni.
Könlümü basıbdır acı yaralar...
Qızıl od içindən törəmişəm mən,
Alovlar göylərə qalxıb köksümdən
Uçqan ruhum belə, sığmayıb yerə.
Yaşayıb günlərdə,
Yaşayıb aylarda.
Yaşayıb illərdə
Deyibdir ucadan dünyaya:
Şair!
Ölmiyəcəksən...
Səsini illərdə dinləyəcəklər,
Adını dillərdə söyləyəcəklər,
Çəkmələr altında qanın sızacaq,
Yazacaqdır:
Şair!
Ölmiyəcəksən...
Zindanlar canını çürüdəcəkdir,
Sanma ki ölümə yürüdəcəkdir,
Kündələr bu sözü yeridəcəkdir,
Satqınlara nifrət,
Şair!
Ölmiyəcəksən...
Güllələr canını dəlib keçəcək
Boğazını kökdən bir ip biçəcək,
Başın üstə bulud belə yağacaq:
Rahatca yat,
Şair!
Ölmiyəcəksən...
Ərkə öz yiyəsi yiyə duracaq,
Pinəli barmaqlar qılınc vuracaq,
Satqının, yaltağın qanı axanda,
Deyəcək xalq:
Şair!
Ölmiyəcəksən...
Burax alçaqları, qoy bağırsınlar
Səni güllələrə qoy çağırsınlar...
Alqış olsun sənə, yenə də alqış,
Ey geniş kütlənin dili, keşiyi,
Milyonlar şairi!
Arzular, umudlar, həsrət beşiyi,
Milyonlar şairi!
Ölmiyəcəksən,
Ölmiyəcəksən!
Milyonlar şairi,
Milyonlar şairi!
Aydın Üfüq
Göyərçinlərimiz bir gün tapılar
Gözəllik, məhəbbət əlindən tutar.
Öpüşdür ən kiçik nəğmə o gün, bax!
İnsanlar
Bir – birə
Qardaşdır ancaq!
Daha bağlamazlar ev qapıların
Qıfıl nağıl olar
Könül isə bəsdir
Diriliyə o gün.
O gün mə′nası hər sözün sevməkdir,
Son sözün çin, sözlər dalı gəzməzsən.
O gün ahəngi hər sözün həyatdır,
Son şe′rim çin mən də qafiyə dərdini çəkmərəm asla.
Bir gözəl nəğmədir o gün hər dodaq,
Ən kiçik nəğmə də öpüşdür ancaq!
Həmişəlik gəlsən sən o gün əgər,
Gözəlliklə bir olsa məhəbbət,
O gün ki bir də biz göyərçinlərə.
Yenə sərpək dənə...
Mənsə o gün üçün intizardayam
Hətta əgər belə daha olmayam...