İbtida
Yarəbb, Füzuli tək mənə də olgil ibtida,
Göstər təriqi cədd-i pakımı, ey xaliqi səma!
Öz özlüyümdən al məni, səndə fəna olum,
Öylə məmat ver kim ola mətləi bəqa.
Qəlbim əsirdir sənə, səndən mədəd dilər,
Bu düz sirat da bizə ol yar-ü rəhnüma.
Kibri aşinaləri bizə əğyar oldular,
Öz aşinalərinlə bizi eylə aşina.
Ləngan intihasına Düzgün yolun çatıb,
Gördü ki intihada da həm sənsən ibtida.
E´tina
Dərmana çevrildi yar şe′rim mənim,
Verdiyin dərdə dəva lazım deyil.
Şe′rimi but tək sitayış eylilrəm,
Daha heç Rəbb u Xuda lazım deyil.
Küfr söylərsəm ilahi əfv qıl,
Kafirə başqa cəza lazım deyil.
Mən sənin məcnununam ağlım uçub,
Məcnun üçün e´tina lazım deyil.
Hər cəfaya düzgün adət eyləmiş
Böylə mo′tada cəfa lazım deyil.
Ərdəbil yüksəlir abad olur,
Təbrizin qəlbi açır şad olur.
Sevgi bəslir elinə nəsl-i cədid,
Gənci yüz bidada bir dad olur.
Türkcəmiz fırlanaraq dillərdə,
Dönür üsyanlara fəryad olur.
Səsim Qaşqayı
Nəfəsim, həvəsim, səsim Qaşqayı,
Obam, elim, kimsəm, kəsim Qaşqayı.
Bayrağın çiynimdən qoymaram yerə,
Qoyma yad önündə əsim Qaşqayı.
Dumanlı dağların ardında qaldım,
Dadıma yet, fəryad rəsim, Qaşqayı!
Başqalarından day məhəbbət ummam,
Sənin məhəbbətin bəsim, Qaşqayı!
Düzgün deyir: «mənim səsimə səs ver,
Nəfəsim, həvəsim, səsim qaşqayı!»
Sədaqət kanı
İranın mən canlı beyni, beyinin də canıyam,
Azəristan mülkünün bir çağlayan Ümmanıyam.
Dinim İslamdır mənim, Qur´anı rəhbər qılmışam,
Ən gözəl yol seçmişəm insanlığın vicdanıyam.
Qəlbim avlandı əzəl gündən Muğan qışlağına,
Bu elin, bu millətin bir düşgünü, heyranıyam.
Bir şeyə hər kim yalan ya doğru qurban söyləyir,
Mən məarif şəhrinin, mən Ərdəbil qurbanıyam.
Mə′nəviyyət olmasa, yoxdur həyatın anlamı,
Zahirin altında gizli batinin insanıyam.
Şeyx Səfinin Qara Məcmuəsi məş′əldir mənə,
Yolları aydınladan bir şö′leyi nuranıyam.
Müshəfim bir eldə, şəmşirim bir əldə, atlanan,
Xalqı təqva də´vəti ilə coşan ruhanıyam.
Hər yalan qurqu quran ovbaşa əhsən söyləməm,
Şairəm, Düzgün təxəllüslü sədaqət kanıyam.
Qara Məcmuə
Nigarım heykəlin candan yaranmış,
Sənin cismində şux canan yaranmış.
Vucudun səfhə-səfhə ayəti həqq,
İlahi vəhydən insan yaranmış.
Boya heç yoxdur ol nazik bədəndə,
Qaradan ağ, qara ağdan yaranmış.
«Qara Məcmuə»si şeyxol şiyuxun,
Qılavuz kimi Qur´andan yaranmış.
Onu Düzgün özünə rəhbər etmiş,
Dilindən dürr, həm mərcan yaranmış.
Canlı Risale
Əcəb yerindən edibdir o şux qəzalə səni,
Ki cumdurubdu dərin fəlsəfi xəyalə səni.
Həyat gerçəyinin ol gül üzlü ceyranı,
Qəzal-i zənn o xəyalə edib həvalə səni.
Qamışlığın qamışı misli vəsl axtararaq,
Sinər fəğanə gətirmişdir ah o nalə səni.
Gecə-günüz niyazımdır ilah-i mənnandan,
Zəmanə caynağı uğratmasın zəvalə səni.
Təmiz xəmirən içində seçib dərin yetənək,
Yetirdi yaxşı o Əllaməmiz kəmalə səni.
Riyasi zahidin aldatmadı, əcəb qıldı,
Füzuli ilə Nəsimilə həm piyalə səni.
Diyar-i qeyirə gər olsan da vəsleyi nacur,
Bu yurda, bu vətənə bağlayıb qəbalə səni.
Sən ey xətib-i vətən! xəsm höccətin sındır,
O saldı basğına, hicrə məni, məlalə səni.
Gün öylə gün, vətən öylə vətən ola ki görəm,
Susuz bu yurdumun üstündə bir şəlalə səni.
Həqiqət axtaran əcdad-i pakımız haqqına,
İlahdan dilərəm çatdıra cəlalə səni.
Edə bu yazğısı əsvəd qərib millətimin,
Keçən təvarixinə canlı bir risalə səni.
Əpuş nəslinin illərcə tünd-badında,
Günəşli yurduma birdə becərdə halə səni.
Sən indi qismətə bax Düzgün, işləri seyr et,
Həvalə eyləmişəm mən də bir xəyalə səni.
Gur Nəfəsim
Ta ki bu cism o tənimdə nəfəsim var mənim,
O qaşın taqına dilbər həvəsim var mənim.
Türkəm, at oynadaraq fəzl o səfa paylamışam,
Yarkənddən Viyenə sarı səsim var mənim.
Ötükənddə Yenisey, mülk-i əcəmdə Ətrək,
Mülk-i Azərdə Kürüm var, Ərsim var mənim,
Səfheyi şe′rimə baxdıqca, rəqibə deyirəm,
Bir məsiha dəmi tək həm nəfəsim var mənim.
Baxma qurbətdə salıb bikəs o yar etdi zaman,
Ağır ellər sayağı yar o kəsim var mənim.
Türktazi eləsəm mülki süxəndə, yaraşır,
Çünkü Sâhir kimi fəryad rəsim var mənim.
Ta ki gün sayə salır, toprağa Düzgün yaşaram,
Ərdəbildən alınan gur nəfəsim var mənim.
basqın :məqlubiyət
şəlale: abşar
yazqı: sərneveşt
apuş: qədim əcəm dinində əhrimən quşundan olan günəşin və yaqışın düşməni sayılan qəktlik və qaranquluqun gətirən bir pes şərr qovvəsidir
yarkənd: ötükən
yeni sei: şərqi türkistanda yer adlarıdır
Sâhir: həbib Sâhir çaqdaş moqavemət şirmizin təmsilçisi
Qalmaz
Yar getsə kənar, diyar qalmaz,
Qalmasa diyar, yar qalmaz.
Yurdun şərəfin itirsən kimsə,
Namus, şərafət, ar qalmaz.
Cəm´ olsa gər Ərdəbil o Təbriz,
Aşüftə bu rüzigar qalmaz.
Sən tərk eləsən mənim kənarım,
Qəlbimdə gözəl qərar qalmaz.
Bir dəf´ə daha göz eyləsən yar,
Düzgündə day ixtiyar qalmaz.
Bargah
Sən məni pamal edən bu bivəfaya baxgilən,
Yarla əğyarlıq qılan bu aşınaya baxgilən.
Qəhr ilə tərk etdiyi viranə düşmüş yurduma,
Xəsm toprağında yapmış mültəcaya baxgilən.
Elləri qurtarmağa biganəyə açmışlar əl,
Bəyyinatsız bu yalançı ənbiyaya baxgilən.
Sidqimi qəlbimdən almaq arzu eylərdi şeyx,
Rahzənlik eyləyən bir rəhnümaya baxgilən!
Gəl təməllüq pərvəranın vəch-i ziştin rədd elə,
Qıl nəzər Allaha, vəchi kibriyaya baxgilən!
Yolları yor Şeyx Səfinin bargahına qədər.
Ərdəbildə gəzgilən orda səfaya baxgilən.
Qeyrət-i milliyə varis olgilən Düzgün kimi,
Ləysə lil insane ella ma səa-ya baxgilən.
Yeni İnsan
İstərəm qeyrətə gəlmiş yeni insan olasan,
Bu yazıq millətimin dərdinə dərman olasan.
Özünə bir gələsən, fəxr eləyəm qamətinə,
Xublar içrə gəzib, sərvər-i xuban olasan.
Günəşə yüksələ börküm ucu Şirazlı kimi,
Sən külahımd mənim dürr-i dirəxşan olasan.
Açasan surətini pərde-yi mənhusindən,
Bu qaranlıq gecəmizdə məhi taban olasan.
Qara topraqlar üzündən dura şimşad qədin,
Yenə də məmləkət Cəmşidə Xaqan olasan.
Ərdəbildən ucalıb ŞahXətayi kimisən,
Fərmanın cari edib Təbrizə sultan olasan.
O boyun qurbanıyam bir gələsən məhfilimə,
Güllər içrə süzülən sərv-i xəraman olasan.
Qırasan xalqın ayağından əsarət ipini,
Düzgünün başın ucaldan yeni insan olasan.
Aman Verdim
Bircə qəm verdi, mincə can verdim,
Canı canana cavdan verdim.
Qəmi ilə yoğurdu köylüm evin,
Ömrümü hədiyə şadman verdim.
Urcana, Boldaçıya getmek çün,
Sarbanlara and-aman verdim.
Gəldi, qəm qarət edə köylümdən,
Yolda durdum, yoluna, yan verdim.
Dedi: «Qaşqayıyam, gəpim gəpdir!»
«Düzgünəm!» söylədim, aman verdim.
Pak Sütünə Heyf Olsun
Heyf yarım, o gözəl qamətinə heyf olsun,
Qara toprağa düşən rayətinə heyf olsun!
Qədr verdinsə bahasızlara öz qədrinlə,
Bilmədi kimsə, sənin qiymətinə heyf olsun!
Şövkəti izzəti, abrunu girov qoydunsa,
Zillətə çəkdi səni, izzətinə heyf olsun!
Nədir el sevgisi, heç qanmadı ol alçaq hərif,
Birlıyı pozdu, elin vəhdətinə heyf olsun.
Tanımazmış o, şərəf; bilməz imiş heysiyət,
Ayağı altdakı heysiyətiyə heyf olsun!
Eli yadlara nökər etmək ilə fəxr elədi!
Ona əmdirdiyin ol pak sütünə heyf olsun!
Düzgünün vurdu sağalmaz yaralar qəlbindən,
Pozulan sağlığına-səhətinə heyf olsun!
könül qaşqayı şivesində iki: köyül və kungul furmalarında işlənilir
urcan qaşqayının yaylaqlalarıəndandır şəhr adıdır. Onu yanlış olaraq brucen yazırlar
buldaçı: urcan şəhrinin yaxınlıqında bir türk şəhridir
azərbayce qarşılıqı :sözüm sözdür
Yalnız Allaha Baş Əysin
Yırla, yırla, gözəlim! Tanrı sənə yar olsun,
Şahə çək göylərə ağzın dolu əş′ar olsun!
Qan içən düşməni Qaşqayların çoxdur inan,
Bu dili, bu eli, Allah nigəhdar olsun.
Oxu Mə′zun Dədənin şe′ridi bu dürr o gövhər,
Dilizə cari olan gəp, dürri şəhvar olsun!
Sizə qarşı nə yazım layiq dərgahız ola?
Sevmiyənlər sizi çöllərdə düşüb xar olsun.
Qeyrətin verməsin əldən elizin gəncləri,
Dilini tarixini danmasın hüşyar olsun.
Yalnız Allaha baş əysin, uca tutsun başını,
İstirəm kim o da Düzgün kimi bidar olsun...