Fərman
Əcəm ovbaşda biz namus o vicdan gəzirik,
Bax xətaya ki bu bidində iman gəzirik.
Bir bölük dövrəsizə dövrə və dövran verdik,
Özümüz əlləri boş qalmağa dövran gəzirik.
Qatı könüllü şahın bağrına tuş gəlmiş elim,
Daş dələn, bağrı yaran sümbə və sovhan gəzirik.
Hizblər dərdimizə dərman edənmir, bilirik,
Bir səməndər sayağı ellərə qurban gəzirik.
Külün altında yatan köz kimi olmuşdur elim,
Dünyanı yıxmağa, nur saçmağa fərman gəzirik.
Yoxları var elədik, tərsə işə bax Düzgün,
İndi varlığımız isbatına burhan gəzirik.
Bey′ət
Biz binadan bu ağır ellərlə bey′ət etmişik,
Harda bir məzlüm var, ondan himayət etmişik.
Bağrımıza basmışıq yurdun müəttər xakını,
Sadiqanə saf bir eşq ilə vəslət etmişik.
Qorxmuruq zalimlərin şəmşir-ü tankından, inan!
Haqqını məzlümların almağa cür′ət etmişik.
Nəğməmizi təbli xəsmin boğmağa qadir deyil,
Dünyada səslənməyə qalxıb cəsarət etmişik.
Cəddimin damanı böhtanlardan aridir, bilin!
Milli haxlardan əsirlər biz himayət etmişik.
Aldadan xəsmin önündə hər zaman Düzgün deyir:
Biz binadan bu ağır ellərlə bey′ət etmişik.
Mübtəla
Özgədən yox, yar biz bir aşınadan küsmüşük,
Zülm edən bir nazənin bir bivəfadan küsmüşük.
Mübtəlay-i dərd-i bidərman olubdur könlümüz,
Dərd ilə yar olalı digər dəvadan küsmüşük.
Biz mükafata cəzaya canla alqış söylürüz,
Küsmüşük ehsandan dilbər, ətadan küsmüşük.
Mis ikən yapdın təla, iksir-i eşqinlə bizi,
Böylə bir iksirdən bir kimyadan küsmüşük.
Raz-i napeydamızı peydayi aləmlər qılan,
Yara yox, əğyara olmuş mübtəladan küsmüşül.
Millət
Ey vətəndaş! Yurdunu qurtarmağa himmət gərək,
Sancağın topraqdan qaldırmağa qeyrət gərək.
Kimsə qaytarmaz sənə həm yerli billah haqqını,
Söyləmək çün məntiqi məntiqsizə, qüdrət gərək.
Dost olmaz düşmənin sənlə, ayıl bir xabdan,
Dosta şəfəqət lazım isə, düşmənə nifrət gərək.
Çün əsir etdin özün, ondan kiçildin bir belə,
İndi hürr bir əsrdir, azadəyə izzət gərək.
Sən əsarət zəncirin qırmaq dilərsən paydan,
Amma bilmirsən bu işdə qüdsi bir vəhdət gərək.
Bax ağardırsan qaban tək dişlərin bu sözlərə,
Bilməyirsən şairə izzət gərək, hörmət gərək.
Yorma Düzgün ağzını, sənlə bahar açmaz çiçək,
Milləti, mülkü idarə etməyə millət gərək.
Dayaq
Mənə gözəl güzəran ol, mənə əziz, fərağ ol,
Qaranlıq evdə işıqlı sitarə, nurlu çırağ ol.
Yolun azan gəmimizdir, sınıbdı sükkanı,
Təlatum içrə bizə yol verən uzaqda mayaq ol.
Köç etdi Sâhir-i Düzgün cəhan-i fanidən,
Sən indi harda qalıbsan yetiş bu cəm´ə, dayaq ol.
Xəndə
Bir gülmədin niyə məni bimar ilə gözəl?
Bu ardır sənə küsəsən yar ilə, gözəl!
Dün baxmadın mənə, niyə üz yanə döndərib,
Getdin kənara bir bölük əğyar ilə gözəl?
Ovbaş qədrini nə bilir? bənzəmə ona,
Dürrün bahası bəlli xərdarilə gözəl.
Peyman edib dəni ilə, hörmətdən atladın,
Gəl indi yanıma yeni iqrarilə gözəl.
Yaran-ı naz-pərvərivin tərkin eylədin,
Atdın sədaqət əhlini azarilə gözəl.
Rəhm eylə Düzgünə ki qərib diyardır,
Ruhun dirilt, ləhzəcə didarilə gözəl.
Mehman
Sən pəriru, mah-peykər, Türk-i xubansan, gözəl,
Bir firiştə batin-ü zahirdə insansan, gözəl!
Ayrı bilməm mən vücudun, öz vücudumdan gülüm,
Cismimə ruh-ü rəvansan, canıma cansan gözəl.
Ay kimi, Kə′bə misalı nurladırsan xanəmi,
Gözlərimdə Yusuf-u könlümdə Kən′ansan gözəl.
Süt axır bal tək ləbindən, ağzın açcaq söhbətə,
Təhtehəl ənharlı bir bağ-ı rizvansan gözəl.
Mən cəhanın gərdişindən mat-u məbhutam ki sən,
Bu əcəm pərgarına nolmuş ki heyransan gözəl?
Xəsminə təslim olma, kəsməsən də, bas onu,
Qeyrəti dildə gəzən Türk-i müsəlmansan gözəl.
Qeyrətin qoysan qırağa, xanəmiz viyran olar,
Xanənin dörd güşəsində ulu ərkansan gözəl.
Mərd-ü mərdanə dolan, namərdlərə meydan oxu,
Nakişilik səhfəsinə, xətti bütlansan gözəl.
Zülmə baş əymə, əsir-i zalim etmə xəlqini,
Sən Nəsimi mislisən, bir parça üsyansan gözəl.
Yurdumun dörd guşəsindən xalq göz tikmiş sənə,
Ellərin tarixinə bir qudsi ünvansan, gözəl.
Sevməli min bir səciyyə səndə var, yox kimsədə,
Daşlar içrə dürrsən, lə′l-i bədəxşansan, gözəl.
Ehtiramın saxla sahibxanənin Düzgün kimi,
Dörd-beş günlük cahanda sən də mehmansan gözəl.
Kitab
Sinəm içrə lərzədar-i iztirab oldu könül,
Sən cəhalət içrə çalxandın, xərab oldu könül,
Ehtiramı var idi ərbab-i elmin mülkdə,
Dal çevirdin elmə fənnə, qüssəyab oldu könül!
Mənsi olmuş keçmişin, Farabi o Sinan hanı,
Halına baxdıqca yeksər, dər əzab oldu könül.
İnqiraz əsbabi olma, ağla gəl, ey naxələf!
Dəhr içində mövrid-i tə′n itab oldu könül.
Türkü təhqir eyləmə, namus-i islamdır, axı!
Bu içi boş kəllənə baxdıqca, ab oldu könül.
Qüvveyi məfkürəsi ibtal edildi millətin,
Düzgünün dərd-ü qəminə bir kitab oldu könül.
Huşyar
Yar hicrində, gözüm ağla gilən xunbar ol,
Yeri var, düş döşəyə, xəstə yıxıl, bimar ol.
Düşməni yansılayan namusun əldən verəcək,
Heç fəzilət yoxudur o dəninin, bidar ol.
Qəsdi silməkdi sənin ismini tarixlərdən,
Hər kəs aldandısa da, sən ayıq ol, huşyar ol.
Sənə miras qalan sidqi kənara atma,
Dost ilə dostluq elə, düşməndən bizar ol.
Get səfər eylə, könüllər diyarın fəth edəsən,
Qəlblər xanəsinə sahib ol, dəyyar ol.
Bil ki bir yerdə otursan, başına börk keçər,
Təcrübə əxz elə, get dünyanı gəz, səyyar ol.
Dün gecə dinləmədin mi dedi Düzgün yarına,
Gözəlim qeyr ilə əğyar, mən ilə yar ol?
Düzəl
Yadlara əncümən açdın, oxudun şe′r-ü ğəzəl,
Dilinə qurban olum mən, nə şirindir, nə gözəl.
Türksən, qeyrətə gəl, bir belə xiffət çəkmə,
Səni qeyrətli yaratmışdı böyük xaliq, əzəl.
Özünə gəl gözəlim, yoxdu haray qeyrdə, bil!
Bax ki Düzgündü deyir: getmə qıraq, bircə düzəl!
Sırqa
İşlər əncamə çatar sə′ylə, himmətlə, oğul!
Mə′rifət kəsb elə, dərsin oxu diqqətlə, oğul.
Könlümün parçası, bir nazlı cigər güşəmsən,
Qəlbimin xanəsi dolmuşdu cərahətlə, oğul!
Sən ədəbsiz əcəmin hiyləsinə aldanma,
Babanın durdu üzündə o, cəsarətlə, oğul.
Paymal eyləmə heç kimsənin haqqın, asla,
Haqqını almağa fəryad elə cür´ətlə, oğul.
Qaçma düşmən qabağından, bu ki namərd işidir,
Üz-üzə dur, sözünü söylə şəhamətlə, oğul.
Kimsə öz tarixini, öz dilini çeynətmir,
Baba mirasına gəl baxma həqarətlə, oğul.
İnsanın ölməyi yeydir yaşmağından, əgər,
Yaşamaz isə, qurur ilə şərafətlə, oğul.
Düzgünün şe′rini sırqa elə güşində balam,
El içində hərəkət eylə dəyanətlə, oğul!
Ey Vah
Etdin aləmdə məni son günü rüsvay könül!
Bəski çəkdin qəm əlindən aman, ey vay, könül!
Düşdün eşqə, yanıban, ağlayıban, sızlayıban,
Məni dərd əhlinə etdin dəxi həmtay könül!
Pozğun oldu halımız, soldu bütün varlığımız,
Qılmadı dərdimizə dərman o zibay könül.
Zülm tutğu edərək, çulqadı yan-yörəmizi,
Çıxmadı bir yana candan qoparan hay könül.
Yar salıbdır nəzərindən bizi, əğyarla gəzir,
Halımızdan əbəda olmadı cuyay könül.
Dözümü yoxdu daha bir belə hicran qəminə,
Gəl dağıl, Düzgünü rahət elə, ey vay könül!
Əfğan
Başlama bir belə can yandıran əfğanə könül,
Ümidim var yetəsən sevgili cananə könül.
Dözümün olsa yetər vəsl günü, gəm etmə,
Yenə bülbül gələcək güllü gülüstanə könül.
Salıban dad fəğan, sirrimi açma cahana,
Məni rüsvay eləmə, ey dəli divanə könül!
Nə xəbərdir, görülür eşqdə çox fırtınalar,
Qorxma kim son verilər qorxulu tufanə könül.
Son zaman ram olacaq yar, sənə doğru gələcək,
Coşuban dönmə belə dalğalı ümmamə könül.
Gərək aşiq sevə cananı deyirdi Düzgün,
Cananın sağlığı ötrü qıya min canə könül.
Ğəzəl
Yar istərəm saçın kimi dərhəm ola könül,
Qıvrıla çiyinin üstünə, por xəm ola könül.
Görsə bahar ruyunu, ey qonçavəş gözəl!
Şayəd qəmin ata, yenə xürrəm ola könül.
Şux-i fereştexu qədəmində əsirdir,
Ümid var böylə, ki adəm ola könül.
Əğyar içində, qurbət elində qalınca sən,
Bəslə ümid kim sənə həmdəm ola könül.
Axir nə vaxda tək yazacaq Düzgünüm ğəzəl,
Ta bir gecə onunla da bahəm ola könül.
Divan
Ey günəş üzlü! Bilirsən sənə vardır nəzərim,
Rəhm qıl, səndən uzaq seyl tökür çəşm-i tərim.
Busə ver al yanağından mənə, ey qəlbi qara!
Ləxtə bir qanə dönübdür bu pərişan cigərim.
Gəzmə əğyar ilə, tərk eyləmə yanın yarın,
Sənə vallahi toxunmaz mənim əsla zərərim.
Türk tarixinə malik vətənin şairiyəm,
Ellərimdən suvayı yox zəmən-i mötəbərim.
Sâhir eşqilədi mən türkücə divan yazıram,
Ölmərəm, Düzgün! inan, var belə bir şah əsərim.
Vətənsiz
Bir vətənsiz misalı xak-i vətəndə mən idim,
Bülbül qəmzədədə tək güllü çəməndə mən idim.
Kimsəni tanımayan doğma diyarımda gözəl.
Bir qəribol qorəba misli gəzəndə mən idim.
Ruhu təsxir eləyən dərdləri yüksək quş tək,
Yüksələn naləsi hər cismdə təndə mən idim.
Bərk düşdüm ayağa, Sâhir ayaqdan düşəli,
Yoxsa bir bülbül-i qüdsivəş ədəndə mən idim.
Dəni ə′yanı əli ilə ağır ellərimə,
Qeyrəti cüşə gələn, zülmü görəndə mən idim.
Zülm-karların əzizim qabağında hərdəm,
Olmayan hiç zaman tanrıya bəndə mən idim.
Yar oyan bir qulaq as, gör ki deyir Düzgün-ü zar:
Bir vətənsiz misalı xak-i vətəndə mən idim...
Varlıq
Yar həram olsun mənə varlıq, səninlə olmasam,
Eşqivin eksirilə başdan ayağa dolmasam,
Cismimi canım bahasına əlimdən verməsəm,
Düşməsəm zaru, xəzan yapraqları tək solmasam.
Hörmətin saxlamaz isəm, əkdiyin danələrin,
Baxçasından könlümün hərzə alağı yolmasam.
Hər gecə gündüz dilində Düzgünün bu şe′r var:
Yar həram olsun mənə varlıq, səninlə olmasam.
Naxələf
Gəzdim diyar-diyar, nədən yarı görmədim?
Mülkündə cəddimin nə də dəyyarı görmədim!
Əş′arı ciblərində gəzən söz xudaların,
Gördüm də, öz evində xəridarı görmədim!
Zindən-i xəsm-i pəstdə Yarəbb! nə sirr var,
Azadlıq diləkli giriftarı görmədim!
Yarındı, tə′nəzən, bəli bu tə′nədir sənə,
Xanəndə yoxsa tə′neye əğyarı görmədim.
Könlüm quşu əsiri qəfəs qaldı danəsiz,
Bir ab-o-danə verməyə dildarı görmədim.
Düzgün oturdu Sâhir əzasında, ağladı,
Ovlade naxələf içində əzadarı görmədim.
Əmin
Nədən aydın səhərə yox yəqinin həm yerlim?
Hadradır gudrət-i iman-u dinin həm yerlim?
Atma, əymə dilini, qiymətinə agah ol,
O sənin qaş-daşın, nazəninin həm yerlim!
Dandı inkar elədi var-yoxumu bilmərrə,
Xəsmə az eyləmə könlündə kinin həm yerlim!
Tərbiyət eylə, qazandır özünə övladın,
Bizə qalsa, qalacaq bil ki həmin, həm yerlim!
Düzgünə söylə nəyin var, çəkilmə kənara,
Başqasın sirrivə sən bilmə əmin həm yerlim!
Yurd ğəzəlləri- s.34
Süxən pərdaz
Mən könüldən sadiqanə yarə mayil olmuşam.
Ol baxımdan böylə zar-ü böylə bidel olmuşam.
Gəl kənarımda otur, qarşı dayanma aşiqə,
Eşq bəhsində dediyin sözə qayil olmuşam.
Özlüyümdən çıxdığımda el də atdı qeydimi,
Bax özümdən nəqədər dünyada qafil olmuşam?
Hiç kəs xar etmədi dəhr-i dənidə öz elin,
Bir mənəm vəsl olmuşam nadana, zayil olmuşam!
Dürlü iksir-i məhəbbət var cismimdə, gülüm,
Dərd ilə topraqda nədir birlə hasil olmuşam.
Ellərim eşqin ürəkdə aldığımdan dır, inan,
Mülkdə Düzgün, süxən-pərdazi qabil olmuşam.
Yurd ğəzəlləri- s.34
Sübhi çərşənbə
Mən əzəldən elimə xidməti peyman etdim,
Vətən heysiyyətini könlümə ünvan etdim.
«Ana can!» naləsi çəkdim, yad əlindən qaçdım,
Özümü sidq ilə damanına qurban etdim.
Yerişin yansılayan kibr dolu Nəmrudun,
Qabağında özümü Musiy-i Umran etdim.
Könlünün süfrəsini özgiyə açma yarım,
Mən ki hər kimsədən əsrarını kitman etdim.
Sâhirin köç xəbərin dildə dolandırdım aman,
Sübh-i Çərşənmə çağı Düzgünü nalan etdim.
Ma-ləm-yə´ləm
Toprağa düşdü min illik bu ələm,
Dövri gərdun elimə etdi sitəm.
Düşmə ardınca, sən ey Türk-i şüca´,
Sevməz insanlığı ə´yane Əcəm!
Əhrimən yurdudu göstərdiyi mülk,
Dərvazasına saqın, basma qədəm!
Zalimi xanə xərab et, durma,
Ürəyim oldu sitəmdən dərhəm.
Şeytanın başına çək tiğ-i do-dəm,
Yanma gəbrə ki dəyildir adəm.
Qalx məzlumu himayət eylə,
Zalimin zəxminə qoyma mərhəm.
Söylədin qudsi kəlamın, Düzgün,
Yazdın asarını ma-ləm-yə´ləm.
Yurd ğəzəlləri- s.36
Zəfər marşı
Sevgilim dadıma yet, qoyma yad ellərdə qalam,
Məni yad eylə, sabah mən də səni yada salam.
Saf qəlbin ilə yardım elə, imdadıma yet,
Ta ki pamal edilən haqqımı düşməndən alam.
İltica etmərəm əsla Əcəmin qəl´əsinə,
Kim sənin tək var əzizim başı tufanlı qalam,
Gün o gün, sahat o sahat ola, Düzgün, mən də,
Fatihanə vətənim içrə zəfər marşı çalam.
Eşq
Yarımı versən əgər cənnət-ü hur istəmərəm,
Günəş üzlüm gələ gər, qeyrdə nur istəmərəm.
Dağılırsada tüküm çöllərə, durram, lakin,
Yaşayışı əgər olmazsa qurur istəmərəm.
Dünyanı dütsa da sel, nakəs adamdan, ey yar!
Comərtlik ummayaraq, mərdi qəyur istəmərəm.
Köküm üstə bilisən yad niyə odlar qalayır?
Çünkü bir an da onu oddan dur istəmərəm.
Xəlq üçün şe´r yazırsan, hanı eşqin Düzgün?
Eşqsiz şe´rdə mən hay və şur istəmərəm.
Yaralı
Üzün xurşidinə çatmağa zərrə tək şitab etdim,
Sənə varlığımı Billah sipər qıldım, hicab etdim.
Sədaqət badəsindən içməyin zənn eylədim, bir dəm,
Dalınca sayə tək sən büdrədin, mən iztirab etdim.
Məni satdın bu gün əğyar-i gəbrə altdan-altdan, leyk
Gilayəm kimsədən yox, kim özüm qəlbim kəbab etdim.
Anama mültəci oldum bugün, qoy çartlasın bağrın,
Bəli yalnız bir dəf´ə mən ömrümdə səvab etdim.
Sınadım düşməni, dostu, müsəmməm bir qərar aldım,
Dəni pərqarının mən hiyləsindən ictinab etdim.
Bu xəlqin ağrıyan yanmış yaralı qəlbiyəm Düzgün,
Nəhani yarədir bu, toplayıb bir-bir kitab etdim.
Təntənəsiz
Gözəl gözünlə oxu ,yar! mən gözəl yazdım,
Gözəlliyin sifətin hər nə var, əzəl yazdım.
Yanıqlı qəlbimi dilləndirən əzizi dilbər,
Sevin ki bir neçə il sonra mən, ğəzəl yazdım.
Nə yazdım indiyədək qəlbimin yarasından,
Yanıqlı, təntənəsiz, sadə və gözəl yazdım.
Həsud-i dun əsəratını bir xətim yuyacaq,
Nə çünkü Türk sifət, hərnəyi özəl yazdım.
Bir ömr əyri dolandın, düzəlmədin Düzgün,
Mən isə hər gecə gündüz sənə: düzəl! yazdım.
Dilxun
Sevgilim bir qanlı cəşmi dilxunun vardır sənin,
Ətrlərlə çulqanan piramunun vardır sənin.
Leyliy-i dövransan ey şux-i sitəm pişə! bugün,
Mülk-i eşqin çöllərində Məcnunun vardır sənin.
Gəl məhəbbət nəğməsin yüksəlt səmaya, ey gözəl!
İncə həlqində səday-i movzunun vardır sənin.
Möhtəşəm bir padişahsan söyləsəm, yersiz deyil,
Min ürəyi qan günahsız sürgünün vardır sənin.
Bir nəzər sal bu əsirin yazdığı divanlara,
Gör cəhanda nə hesabda Məftunun vardır sənin.
Fəxrə layiq bir zadı yox iki üzlü xəsmimin,
Fəxr qıl kim mülk-i qəmdə Düzgünün vardır sənin.