Məhfil-i İrfan
Ərdəbil şəhri fəzilətdi şərəf,
Gəlmə ey xəsm təmiz yurda tərəf!
Vətənimdir, böyük İranımdır!
Heç zaman düşmən önündən qaçmaz,
Ellərin xəsminə qoynun açmaz,
Bir sədâqətli nigəhbanımdır.
Vətəni düşmənə satmaz sən tək,
Oradan qalxdı şərəfli Bâbək.
Milli əhdim, ulu peymânımdır.
Girmə, kirlətdi vücudun suyunu,
Dərdə dərman yaradıb xaliq onu.
O təbibimdir, o Lüqmanımdır.
İzzətim, tarixim, arımdı mənim,
İftixarımdı, mədarımdı mənim,
Bab-i Ali, ulu eyvanımdır.
Xalçasın, çini xanasın çaldın,
Sər-bə-sər mülkümü yıxdın, aldın!
Varis olma, o mənim kanımdır!
Utan! Ayat-i müxalif oxuma!
Ərdəbildən ki çəkilməz movla.
Məzhəbim, ayey-i Qur´anımdır.
Dünya çeynənsə də, ol çeynənməz,
Kimsə də varlığın inkar edəməz.
Ərdəbil bir ulu burhanımdır.
Sən ona xor baxasan da, nə qəmim?
Mə´bədi içrə yatıbdır elmim,
O mənim dəhrdə imkanımdır.
Ərdəbil məhfil-i irfanımdır.