Bu gecə
Aşura gecələri təbrizdə şam paymana mərasemı monasebətilə gülü gülzar resalət bu gecə şimrdən istədi mohlət bu gecə
Əzanın axdı sədası canıma
Bu gecə istəməm haşa eləyəm
Gedirəm ay bacı qırx bir məscidə.
Anamın nəzrini bərpa eləyəm.
Baş veribdir nə qiyamət bu gecə!
Qoy gedim bir də Qızıllı Məscidə,
Savmuşam Surxabı, Seytəmzəni mən.
Məqbərə məscidinin ağzında,
Ağlamaq basdı bacı, lap birdən!
Gəldi ixlas ilə halət bu gecə,
Kərbəlanın kitabın, qan içrə,
Açdı nurani babam qarşımda,
Qaynadı məndə də məzlüm damarım,
Nə havalar varımış başımda?
Bürüdü canımı qeyrət bu gecə!
Dayımın zəncirinin duydu səsin,
Qara köynəkli gəlib qarşıladı.
Məni öz əslimə qaytar, bacı can!
Denə: «Düzgündü bunun əsl adı!»
Qəlbimi eylə zəmanət bu gecə.