Hər yetən can alana, cana inan canan deməm,
Hər pənahgahə qaşın taqi kimi imkan deməm.
Yetməsən Düzgün, Füzuli payəsin dərk etməsən,
Yersiz oynanma sənə mən şair-i dovran deməm!
Olma hər bir yetənə, eynək-ü dürbün, şair!
Etmə pamal-i təməllüq, gözəl ömrün, şair!
Dəni məkrinə də tuş gəlsə ağır ellərimiz,
Dözəcəkdir yenə bir dağ kimi, Düzgün şair!